[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-53.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlamlığımızı Qoruyaq” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir. Təlim 12 mart 2014-cü il tarixində Şəmkir rayonu Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Təlimdə yuxarı sinif şagirdləri və gənclər iştirak etmişlər. Layihənin rəhbəri Afaq Bayramova layihənin mahiyyəti barədə təlim iştirakçılarını məlumatlandırdıqdan sonra təlimçi həkim Elnarə Yusifova müasir dövrdə düzgün qidalanmanın, idmanla məşğul olmanın əhəmiyyəti, sağlam həyat tərzinin təşkili haqqında geniş məlumat vermişdir.