[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed5.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Mingəçevirdə Turizm sahəsi ilə bağlı “Region gənclərinin turizm bilgilərinin artırılması” adlı layihənin icrasına başlanılıb. Layihədən müxtəlif regionlardan olan iyirmi nəfər gənc faydalanmaqdadır. Əksəriyyəti Mingəçevir Turizm Kollecinin tələbə gənclərindən olan iştirakçılara ümumi dünya turizmi haqda müxtəlif təlimlər və təqdimatlar keçirilib.
Layihənin Koordinatoru Babək İsakovun verdiyi məlumata görə layihə çərçivəsində həyata keçirilən təlim, təqdimat və ekskursiyalar əsasən Kür Olimpiya Tədris İdman Mərkəzi və Mingəçevir Gənclər Evində təşkil olunmuş və bu da gənclərin xüsusi marağına səbəb olmuşdur.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13563″ id=”13563″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]