[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/unnamed-11.jpg” ]
Gənclər Fondunun maliyyə dəstəyi ilə Sevda Cəfərova tərəfindən fərdi qazanılmış “Göy dairə” diabetli ailələrə dəstək layihəsinin açılış mərasimi 9 mart 2014-cü il tarixində paytaxtda yerləşən Divan oteldə baş tutub. Layihənin açılış mərasimində ölkənin səhiyyə sahəsində aparıcı rola malik Azərbaycan Diabet Liqasının əməkdaşları və həkimləri, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Sağlamlıq və Qayğı” şöbəsinin əməkdaşları, eyni zamanda gənc iş adamı Günel Əliyeva və Dilşad Əhədova yaxından iştirak edərək diabetli ailələrə öz dəstəklərini nümayiş etdirmişlər.
Layihənin əsas məqsədi diabet xəstəliyindən əziyyət çəkən şəxslər və onların ailə üzvləri arasında şəbəkənin qurulması, eyni zamanda diabetli şəxslərin qida rasiyonu, müalicə və profilaktika metodları istiqamətində maarifləndirilməsidir.
Diabet dünyanın hər bir ölkəsində diqqət mərkəzində saxlanılan mövzudur və bizim cəmiyyətin də ayrılmaz hissəsidir. Diabetli gənclərin cəmiyyətə adaptasiyası və inkişafında ən mühüm məqam onların düzgün maarifləndirilməsidir. Məhz bu məqsədlə layihənin ilk günü gənc psixoloq Fidan Azərqızı tərəfindən diabetli insanların düşə biləcəyi bursa escort depressiya və komplekslərdən qorunması üçün təlim proqramı həyata keçirilmişdir.
Qeyd edək ki, layihə 5 gün ərzində Diabet Liqasının təlimçiləri tərəfindən davam etdirilmişdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13486″ id=”13486″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]