[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/04/1396071845_img_8941.jpg” ]
Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin qalibi Yaqubova Arzu Fazil qızı “İxtisas seçimi-müasir əmək bazarının tələbidir” layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi gənclərin işsizlik problemini yaradan səbəblərin təsirini və miqyasını hərtərəfli öyrənməkdir. Layihə Abşeron rayonunda 2 ay müddətində həyata keçiriləcəkdir.
Layihənin icrası məqsədilə işsiz gəncləri müxtəlif meyarlara görə təsnifatlaşdıraraq onların işsizlik və karyera məsələsində münasibət və davranışlarını ölçən sorğular təşkil ediləcək, müxtəlif işəgötürən müəssisələrin işçi qəbul etmə siyasəti sahəsində monitorinq aparılacaqdır.
Layihə 15-29 yaş arası gənclər qrupunu əhatə edəcəkdir.