[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/tehsil-65464.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin qalibi Məmmədov Bəxtiyar Adil oğlu Fondun dəstəyi ilə “Gənc sahibkarlar məktəbi” layihəsinə başlamışdır. Layihənin keçirilməsində əsas məqsəd gənclərin gələcək sahibkar olması istiqamətində onların biznes və idarəçilik bacarıqlarının artırılmasıdır.
Layihə Bakı şəhərində 1 ay müddətində davam edəcəkdir. Artıq təlimdə iştirak edəcək gənclərin müvafiq kriteriyalara görə seçilməsi sona çatmışdır. Ümumilikdə 6 təlim keçiriləcəkdir. Benefisiarların ümumi sayı 100 nəfər nəzərdə tutulmuşdur. Bütün gənclərə formal və qeyri-formal vasitələrlə təlim bacarıqları və idarəetmə təcrübələri təklif olunacaq.
Təlimlərin mövzularına daxildir: biznesin planlaşdırılması, marketinq, biznesin idarə edilməsi, idarəetmə təlimləri və s.