[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/yalli_clip_image002.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Mədəniyyət İşçi qrupunun təşkilati dəstəyi ilə Azərbaycanın mədəni irsinin çox mühüm elementlərindən biri olan milli rəqslərimizdən ibarət video-çarx toplusu hazırlanacaq. “Yallı” adlanacaq rəqslərdən ibarət video-çarx toplusunda qədim milli rəqslərimizin tələbə gənclərimiz tərəfindən ifa olunaraq kameraya alınmış videogörüntülərinin toplanması nəzərdə tutulmuşdur. Daha sonra isə toplunun təqdimatının keçirilməsi və internet resurslarında yayımlanması planlaşdırılır.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd milli rəqslərimizin gənclər arasında və dünyada təbliğ olunması, rəqs sahəsində bacarığı olan istedadlı tələbələrin üzə çıxarılması və onların stimullaşdırılmasıdır. Layihənin sonunda iştirakçıların sertifikatlarla müküfatlandırılması planlaşdırılır.