[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-218.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 1 mart 2014-cü il tarixində Sumqayıt şəhərində “Siqaret həm öldürür, həm də süründürür” adlı layihə keçirilmişdir. Layihənin icraşısı Elbrus Mirzəyev tədbiri açıq elan edərək layihənin başlıca məqsədinin cəmiyyətin siqaret və digər zərərli vərdişlərlə mübarizədə sosial fəallığının artırılmasına nail olmaq, gənclərin zərərli vərdişlərdən kənarlaşması istiqamətində toplumsal bir mübarizə işinin aparılmasının genişləndirilməsi olduğunu bildirmişdir.
E.Mirzəyev hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini və siqaret istifadəçilərinin 20 % nin xanımlar olduğunu təəssüf hissi ilə qeyd etmişdir.
Daha sonra siqaretin insan orqanizimində törətdiyi fəsadları özündə əks etdirən müxtəlif şəkillər yeniyetmə və gənclərə nümayiş olunmuş və gənc nəsillərə bu zərərli vərdişin gələcəkdə insan bədənində yarada biləcəyi xəstəliklər barədə məlumatlar verilmişdir.
Layihədə iştirak edən Suqmayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı C.Hüseynov dövlətimiz tərəfindən siqaretlə mübarizə sahəsində bir sıra əhəmiyyətli addımların atıldığını, mühüm qanunların qəbul olunduğunu, artıq küçələrdə, televizyada siqaretin reklam olunmadığının müsbət hal olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən tələbə gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər sözügedən layihənin gənclərin siqaretin zərələri barədə maarifləndirilməsində, eyni zamanda, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynayacağını qeyd ediblər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13295″ id=”13295″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]