[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-104.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Docendo Discimus: Təhsilin İnkişafı Dövlət Strategiyası” layihəsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyasının ali təhsil alan gənclərimizə öyrədilməsinə xidmət edir.
Layihədə dövlət təhsil siyasətindən ən son yeniliklər haqqında tələbələrə geniş informasiya verilməsi nəzərdə tutulub. Xüsusilə, artıq icrasına başlanılan yeni təhsil strategiyasının məzmunu, əsası, məqsəd və vəzifələri, hədəfləri və icrası tələbələrə öyrədiləcəkdir.
Layihənin əsas məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təhsilimizdə ən böyük yenilik kimi dəyərləndirməklə bu strategiya haqqında tələbə gəncləri maarifləndirməkdən ibarətdir.
Bunu üçün öncədən layihənin nə zaman və harada keçirilməsi ilə bağlı posterlər hazırlanmış və təhsil müəssisələrindəki elan lövhələrinə vurulmuşdur. 10-14 mart 2014-cü il tarixlərində Bakı Dövlət Universitetində keçirilən seminarlar üçün bukletlər və elektron təqdimatlar hazırlanmışdır. Layihə çərçivəsində keçirilən seminarlarda 200 nəfər tələbənin iştirakı nəzərdə tutulmuş, çap edilən bukletlər isə bütün təhsil müəssisələrində paylanılacaqdır.
Seminarlar peşəkar təhsil ekspertləri və universitet müəllimləri tərəfindən aparılır.