[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-66.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə “Yeniyetmə və gənclər arasında idmanın və sağlam həyat tərzinin təbliği” adlı layihə həyata keçirilir.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzinin təbliğidir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə görüşlər və treninqlər təşkil edilmişdir. Təşkil edilən təlimlər zamanı yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzi təbliğ edilir, zərərli vərdişlərdən uzaq olmaq üçün asudə vaxtlarının səmərəli təşkil olunmasıyla bağlı maraqlı müzakirələr aparılır.
Hazırda fəaliyyət planına uyğun olaraq uşaqlar qruplara bölünərək idman məşqlərinə cəlb olunurlar. Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi onların sağlam həyata inteqrasiya etmələri üçün şərait yaradır.
Layihənin sonunda yeniyetmə və gənclər arasında baş verən dəyişiklikləri qiymətləndirmək və dəyərləndirmək üçün sorğular keçiriləcək, baş verən müsbət dəyişikliklər müəyyənləşdiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13244″ id=”13244″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]