[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed16.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 1 mart 2014-cü il tarixində “Sağlam həyat, Sağlam gələcək” layihəsi çərçivəsində 200 nəfər gəncin iştirakı ilə Sabirabad rayon Gənclər Mərkəzində təlim keçirilmişdir. Təlimdə qonaq qismində Sabirabad rayon Polis Şöbəsinin əməkdaşı, rayon Mərkəzi Xəstəxanasının narkoloji həkimi, şəhər E.Nadirov adına 8 saylı məktəbin psixoloqu iştirak etmişlər.
Mərkəzi Xəstəxananın narkoloji həkimi gənclərə zərərli vərdişlər, narkotiklərin insan sağlamlığına vurduğu ziyanalar və yaratdığı asılılıq barədə danışıb. Polis əməkdaşı narkotik maddələrin istifadəsinin yaratdığı cinayət məsuliyyəti, narkotik istifadçilərinin törətdiyi cinayətlər, gənclərin belə hallarla qarşılaşdığı zaman kimə və necə məlumat verməli olduqları barədə məlumat verib. Həmçinin, qeydiyyatda olan gənc narkomanların statistikası barədə gənclərə informasiya verilib.
Daha sonra çıxış edən psixoloq-müəllim gənclərin qarət və narkotik maddələrə meyllərinin səbəbləri, yaranan psixi sarsıntılar barədə gənclərə məlumat verib. Təlimdə iştirak edən gənclərə xüsusi hazırlanmış qeyd dəftəri və qələm, üzərində sağlam həyat tərzini təbliğ edən məlumatlar əks olunmuş bukletlər paylanılıb.
2 mart 2014-cü il tarixində təlim davam edib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13236″ id=”13236″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]