[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/73a5a505e4a0bbc89cc47e8622c2409f.jpg” ]
Kompüter Oyunları Milli Assosiasiyası (AzKOMA) Azərbaycan Gənclər Fondunun (AGF) dəstəyi ilə “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsinin ikinci mərhələsini artıq başa çatdırıb. Layihənin ikinci mərhələsi çərçivəsində “Qızıl ilan” və “Təlimli pişik” nağılları ərsəyə gətirilib.
Qeyd edək ki, sözügedən layihənin maliyyələşdirilməsi AGF tərəfindən həyata keçirilib. Layihə çərçivəsində hazırlanmış interaktiv nağıllar azyaşlıların və yeniyetmələrin maariflənməsi və inkişafına yönəldilib.
İnteraktiv nağıllar dünyada geniş istifadə olunan “touch screen” imkanlarını dəstəkləyən platformalara uyğun hazırlanıb. Nağılların planşet komüuter və smartfonlar da daxil olmaqla ən müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkündür.
Hazırda layihə çərçivəsində hazırlanmış bütün nağılları yükləmək mümkündür. Belə ki, siz Play Marketin köməyilə https://play.google.com linkinə daxil olub istədiyiniz nağılın adını və yaxud istehsalçının adını (AzKOMA) axtarışa vermək yolu ilə onu əldə edə bilərsiniz.