[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-94.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sinemasport-yeni media vasitəsi” layihəsinə yekun vurulmuşdur. Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının təşkilati dəstəyilə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binasında 24 fevral 2014-cü il tarixində layihə çərçivəsində çəkilən video-çarxların təqdimatı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Cavid Əliyev layihənin mahiyyəti barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Bunun ardınca çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Gənclər Birliyinin sədri Qüdsi Bayramov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədr müavini Nərgiz Eyvazova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat Rəhbəri Qabil Qafarov bildirmişlər ki, gənclərin innovativ ideyalarına dəstək üçün hal-hazırda Azərbaycanda geniş imkanlar yaradılıb.
Gənclərin iştirakı ilə keçirilən tədbirdə 8 qısametrajlı film təqdim edilmişdir. Cəmiyyətimiz üçün aktual olan mövzular məişət zorakılığı, narkomaniya, avtomobil qəzaları filmlərin ssenarilərində öz əksini tapmışdır. Azərbaycanın əməkdar artisti Rafiq Həşimov, Əməkdar incəsənət xadimi ADMİU-nun Kinorejissor-operator sənəti Kafedrasının müdiri professor Amin Novruzov, Əməkdar İncəsənət xadimi ADMİU-nun Televiziya rejissoru və televiziya operatoru kafedrasının müdiri professor Oqtay Babazadə, Xalq artisti professor Oqtay Mirqasımov və Əməkdar İncəsənət xadimi professor, xalq artisti Yalçın Əfəndiyevin iştirak etdiyi münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmişdir. I yerə Fəridə Əkbərlinin “Uşaq Psixologiyası-Hüquq pozuntusu”, II yerə Səbinə Tahirovanın “Sağlam həyatın təşviqində velosipedin rolu” və III yerə Orxan Rəhimzadənin “Yol hərəkət qaydalarına riayət olunması” adlı video çarxları layiq görülmüşdür. İlk 3 yeri qazanmış gənclərə diplom və mükafatlar, digər iştirakçılara isə layihədə iştirak etdiklər üçün sertifikatlar verilmişdir.
1-ci yer: https://www.youtube.com/watch?v=j-OVC_OqBuc
2-ci yer: https://www.youtube.com/watch?v=cuzeIus2KD0
3-cü yer: https://www.youtube.com/watch?v=-DhWaEpUYb4
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13140″ id=”13140″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]