[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-29.jpg” ]
Azərbaycan Rrespublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Memorial Klinik Tibb Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilən “Səyyar Klinika” layihəsinin növbəti mərhələsi olaraq Quba şəhərində əhaliyə xidmət göstərilmişdir.
Layihənin rəhbəri fərdi şəxs Rəşad Çobanlının verdiyi məlumata görə “Səyyar Klinika” layihəsi 5-12 fevral 2014-cü il tarixləri arasında hər şəhərdə bir gün olmaqla Gəncə, Şamaxı və Quba şəhərlərində həyata keçirilmişdir.
Səyyar Klinikanın həkim heyəti fevral ayının 11-i Quba şəhərində əhaliyə pulsuz həkim konsultasiyaları vermiş, maarifləndirmə işləri aparmışlar. Səyyar Klinika yerli insanlar tərəfindən böyük maraqla qarşılanmış, ümumilikdə 100-dən çox insan həkim konsultasiyasından yararlanmış, öz sağlamlıq vəziyyətini qiymətləndirmə imkanı əldə etmişdir.
Layihənin keçirilməsinin məqsədi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclər arasında sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin ümumi sağlamlıq vəziyyətinin öyrənilməsi, gənclərin sağlamlığının qorunması, gənclər arasında infeksion xəstəliklər və zərərli vərdişlər haqqında maarifləndirmənin təşkilindən ibarətdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”13114″ id=”13114″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]