[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/əlil.jpg” ]
Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Əlil gənclərə qayğı” layihəsinin icrasına başlanılıb. Layihə “İdeal gənclər” ictimai birliyinin təhsil mərkəzində keçirilir və 20 fevral-20 aprel 2014-cü il tarixlərini əhatə edir.
Layihə çərçivəsində Mingəçevir şəhəri Az.DRES, Sağ sahil qəsəbələri, Tərəvəzçilik sovxozu və Vaqonlar yaşayış sahəsində yaşayan 18-25 yaş həddində olan fiziki qüsurlu gənclərə kompüterdən ilkin istifadə qaydaları və ofis proqramları öyrədiləcək.
Layihənin ilkin mərhələsində iştirakçıların layihəyə cəlb edilməsi üçün Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin, Mənzil Kommunal Təsərrüfat Kombinatının, Əlillər cəmiyyətinin köməkliyi ilə fiziki qüsurlu gənclərin yaşayış ünvanlarına layihə ilə bağlı məlumat xarakterli məktublar göndərilir, görüşlər keçirilir.
Layihə dövründə iştirakçıları həvəsləndirmək məqsədi ilə Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində müxtəlif bilik yarışları və intellektual oyunlar təşkil olunacaq.
Layihənin sonunda gənclərə diplomlar veriləcək, fərqlənən gənclərin kompüter operatoru işi ilə təmin edilməsi üçün tədbirlər görüləcək.