[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/1328121917_genclik-8.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyası üzrə “Sağlam gənclik-sağlam gələcəkdir” adlı layihə həyata keçirilir. Əsas məqsəd yeniyetmə və gənclərin sağlam həyat tərzinə alışdırılması, milli-mənəvi və vətənpərvərlik ruhunun artırılmasından ibarətdir. Layihədən əsasən yeniyetmə və gənclər faydalanacaq, onlarla görüşlər keçiriləcək, maarifləndirici təlimlər təşkil olunacaq. Təlimlər zamanı yeniyetmə və gənclər arasında idman və sağlam həyat tərzi təbliğ ediləcək.
Layihə müddətində yeniyetmə və gənclər idman məşqlərinə cəlb ediləcək, gənclər arasında sağlamlığın təbliği istiqamətində işlər aparılacaq.