[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/Working-together1234561.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10 fevral 2014-cü il tarixindən etibarən “Mən təşkilatçıyam!” layihəsinin icrasına start verilib.
Layihənin məqsədi gənclərin, xüsusilə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülüyün təbliği, eyni zamanda komanda işi və təşkilatçılıq qabiliyyətlərinin yüksəldilməsidir. Bu layihə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlər üçün müəyyən təlim keçmiş təcrübəli könüllülər yetişdirəcəkdir.
“Mən Təşkilatçıyam” layihəsinin iki gün müddətində təlim formatında Bakı şəhərində keçirilməsi nəzərdə tutulmuşdur. Layihədə təşkilati komanda üçün vacib olan iş prinsipləri öyrədiləcək, düşərgə, konfrans, müxtəlif yerli və beynəlxalaq müsabiqə və yarışların təşkilindən misallar çəkilməklə ətraflı şəkildə təlimçinin real təcrübələrinə əsaslanan təlim keçiriləcək.
Layihədə ingilis dili biliyi yalnız intermediate səviyyəsindən yüksək olan, rus dili orta səviyyədən aşağı olmayan gənclər qəbul ediləcəkdir. Layihənin sonunda qiymətləndirilmə aparılacaq və bu qiymətləndirməyə uyğun olaraq sertifikatlar veriləcəkdir.
İştirak etmək istəyən tələbələr [email protected] ünvanına öz CV-lərini göndərə bilərlər.