[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/27892.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 1 fevral 2014-cü il tarixindən etibarən “Məişət narkomaniyası olan-Siqaret!” layihəsinin icrasına start verilib.
Gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq və onları sağlam, aktiv həyata doğru istiqamətləndirmək və gəncləri siqaretin zərərləri haqqında maarifləndirmək layihənin prioritet məqsədlərindəndir. Bununla yanaşı, layihənin gedişatı zamanı potensial gənclərin kəşf edilməsi də əsas məqsədlərdən sayılır.
Layihənin sonunda qiymətləndirmə aparılacaq və bu qiymətləndirməyə uyğun olaraq iştirakçılara sertifikatlar veriləcəkdir. Layihə çərçivəsində müxtəlif regionlardan həvəskar gənclər yığılacaq, onlar siqaretin zərərləri haqqında məlumatlandırılacaq, onlara bunu əyani göstərmək üçün mütəxəssislərlə görüşlər təşkil ediləcəkdir.
Digər gənclərin də bu konfranslara cəlb edilməsi və antisiqaret istiqamətində müsbət tərbiyəvi əhəmiyyət daşıyan maarifləndirmə prosesinin aparılması nəzərdə tutulur. Həmçinin, konfrans zamanı siqaretin bir bəla olduğunu əks etdirən video çarxların nümayişi də gözlənilir. Layihənin açılış və yekun tədbirləri zamanı mövzu ilə bilavasitə əlaqəsi olan mütəxəssislərin maarifləndirici çıxışları və gəncləri sağlam həyata doğru yönləndirmək istiqamətində fəaliyyətlər nəzərdə tutulur.