[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/stay-connected.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə Oğuz rayonunda “Sosial Media və Gənclik” adlı layihənin icrasına başlanmışdır. Layihə Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriyası üzrə qalib olmuş Həsənov Yusif Tərlan oğlu tərəfindən icra olunur.
Layihə 1 fevral 2014-cü il tarixindən etibarən həyata keçirilir və 2 ay müddətində davam edəcəkdir.
Lаyihənin məqsədi Oğuz və Qəbələ rayonundan olan gənclərin media ilə işinin təşkilinin fоrmаlаşdırılmаsı, оnlаrın bu işdə iştirаkının əhəmiyyəti və vаcibliliyi hаqqındа infоrmаsiyаnın gеniş yаyılmаsı üçün təşviqаtçı həmyаşıdlаrın hаzırlаnmаsı, Oğuz və Qəbələ rayonunda yaşayan gənclərin mətbuatla operativ və səmərəli işləməsi üçün tələb olunan zəruri bilik, bacarıq və vərdişlərinin inkişafına kömək etməkdir.
Layihə nəticəsində birbaşa və dolayı yolla, həmçinin paylama materialları sayəsində hər iki rayonda ümumilikdə 1000 nəfərdən artıq gənc maariflənəcəkdir.