[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed7.jpg” ]
1 fevral 2014-cü il tarixində “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyində “Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda elmi seminar keçirilmişdir. Seminarın qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov olmuşdur.
“GEAD” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı tədbiri giriş sözü ilə açaraq seminar iştirakçılarına İctimai Birliyin fəaliyyəti, gördüyü işlər haqqında və seminarın mahiyyəti ilə bağlı geniş məlumat vermişdir. Daha sonra M.Babaşlı “Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən seminarın əhəmiyyəti barədə danışmışdır. Qeyd olunub ki, Azərbaycan Gənclər Fondu cənab Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılıb.
Sektor müdiri Orxan Ərəbov seminara dəvət olunduğu üçün İctimai Birliyin rəhbərliyinə təşəkkürünü bildirmiş və seminar iştirakçılarını salamlamışdır. O.Ərəbov “Azərbaycan Gənclər Fondu: nailiyyətlər və perspektivlər” mövzusunda belə bir seminarın keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirərək Gənclər Fondunun fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Sektor müdiri Gənclər Fondunun qısa bir müddət ərzində bir sıra əhəmiyyətli məsələləri həll etdiyini bildirərək Fondun yerli və regional layihələrlə yanaşı, bir sıra beynəlxalq layihələri də maliyyələşdirdiyini, beynəlxalq layihələrdə tərəfdaş qismində çıxış etdiyini və gənclərin elmi tədqiqatlarına dəstək verdiyini qeyd edib.
Görüş iştirakçılarının suallarını cavablandıran Orxan Ərəbov onlara mövzu ilə bağlı tövsiyələr verib.