[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/unnamed-24.jpg” ]
“Gənclik Təşəbbüsləri” İctimai Birliyi 17-18 yanvar 2014-cü il tarixlərində Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması” adlı layihəni Bakı şəhərində həyata keçirib. Layihə çərçivəsində keçirilən tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin baş məsləhətçisi Şöhrət Əliyev, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin baş məsləhətçisi Rəşad Əsgərli, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Əmək şəraiti normalarının işlənməsi İdarəsinin şöbə rəisi Qasım Qasımov, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Əmək şəraiti normalarının işlənməsi İdarəsinin şöbə rəisi Zaur Novruzov iştirak etmişlər.
Təlimdə eyni zamanda 25 nəfərdən artıq gənc iştirak edib. Təlim-seminarda gənclərin məşğulluq və əmək münasibətləri sahəsində biliklərinin artırılması istiqamətində maarifləndirici məlumatlar verilmiş, onların bu sahədə suallarının onlayn cavablandırılması üçün yaradılmış, “Gencler.az” saytının təqdimatı keçirilmişdir. Tədbirin sonunda məşğulluq və əmək münasibərləri sahəsində gəncləri maraqlandıran çoxsaylı suallar birbaşa cavablandırılmışdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12993″ id=”12993″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]