[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/03/NDA_0446.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu fəaliyyətinin illik yekunu ilə bağlı hesabat konfransı keçirib. Konfransda Fondun iki il ərzində həyata keçirdiyi 4 qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələr, onların hesabatlılıq vəziyyəti, göstərdiyi nəticələr müzakirə olunub. Bununla yanaşı, Fonddan maliyyə dəstəyi alan gənclər və gənclər təşkilatlarının nümayəndələri təqdimatlar keçirib, layihələri barədə məlumat veriblər. Həmçinin, cari ildə qarşıda duran məsələlər, Fondun gələcək fəaliyyəti və digər məsələlər qeyd olunub. Konfransda Fondun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Fondun icraçı direktoru Fərhad Hacıyev çıxış etmişlər.
Fondun illik təqdimatı ilə çıxış edən Fərhad Hacıyev qeyd edib ki, hal-hazırda Fondun saytında 290 gənclər təşkilatı və 2438 fərdi gənc qeydiyyatdan keçmişdir. Ümumilikdə isə I qrant müsabiqəsi çərçivəsində 176 layihə müraciətlərindən 129, II qrant müsabiqəsi zamanı 387 layihədən 170 layihə, III qrant müsabiqəsinə daxil olmuş 421 layihədən 331 layihə və yalnız fərdi gənclər üçün elan olunmuş IV qrant müsabiqəsi çərçivəsində 668 fərdi müraciətdən 391 layihə dəstəklənmişdir. Beləliklə, dörd müsabiqənin nəticəsi olaraq ümumi müraciətlərin sayı 1641 təşkil etmiş, maliyyə dəstəyi alan layihələrin sayı isə 1021 olmuşdur. Bu isə ümumi müraciətlərin 62 % təşkil edir. Eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə layiqincə təmsil olunması və ölkəmizin dünyada tanınması məqsədilə gənclərə səfər qrantları ayrılmışdır. Səfər qrantları kateqoriyası üzrə gənclər üçün səfər qrantları ayrılır və bu günə qədər 56 nəfər gənc beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə Fond tərəfindən maliyyə dəstəyi almışdır. Fondun maliyyələşdirdiyi layihələrdə əmək haqqı alan işçilərin sayı 1374 nəfər, Fondun maliyyələşdirdiyi layihələr çərçivəsində hazırlanmış internet resursların sayı 48 təşkil etmiş, Fondun maliyyə dəstəyi ilə 581,933 ədəd təbliğat vəsaiti çap olunmuş və paylanmış, Fondun maliyyələşdirdiyi tədbirlərdə dünyanın 62 ölkəsindən gənclər iştirak etmişdir. Müxtəlif sosial şəbəkələrdə Fondun səhifələri minlərlə gənc tərəfindən izlənilir. Facebook sosial şəbəkəsində Fondun dostlarının sayı 27,500, Twitter səhifəsinin izləyicilərinin sayı isə 2100 nəfərə çatmışdır.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12864″ id=”12864″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]