[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/02/unnamed-3.jpg” ]
3-5 fevral 2014-cü il tarixində 2 №-li Bakı Tibb Kolleci Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Genefondumuzu qoruyaq” layihəsi keçirilib.
“Genefondumuzu qoruyaq” layihəsi tələbələrin tibbi biliklərinin artırılması, onların bu sahədə daha kompitent olması üçün nəzərdə tutulub. Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində iştirakçılara insan orqanizminin genetikası, zədələnmiş genetik kodların orqanizmə mənfi təsiri, geni dəyişdirilmiş qidalar, sağlam qidalanmanın formaları mövzularında təlimlər keçilib.
Qeyd edək ki, sonda iştirakçılar sertifikatlarla təltif olunmuşlar.