[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/02/1535750_641622615900222_1492100630_n.jpg” ]
20 dekabr 2013-cü il tarixində, Azərbaycan Dövlət Aqrar Universitetinin professor və müəllim heyəti üçün “Elektron Təhsil” mövzusunda təlim keçirilib. Təlimdə universitet müəllimləri üçün elektron təhsilin əhəmiyyətindən, təhsilə tətbiqindən, praktika zamanı üzə çıxan problemlərdən danışılıb.
Bununla yanaşı, Azərbaycan təhsilində ilk dəfə olaraq QR kodların istifadəsi, bu metodla dərs vəsaitlərinin tələbələrə çox çevik şəkildə ötürülməsinin yolları izah olunub. Təlimin nəticəsi olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin təlimdə iştirak edən müəllim heyəti öz dərs vəsaitlərini tələbələrə ötürən zaman QR kodlardan istifadə edəcəklər. Alternativ üsul kimi müəllimlərə bloq, DropBox, Docs Google kimi yeni internet alətlərinin istifadə qaydalarından danışılıb. Təlimçi isə mövzu üzrə mütəxəssis Tofiq Sadıxov olub.
Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinin Xüsusi İstedadlar Qrupunun (XİQ) 4-cü kurs tələbəsi Röyal Ağamirzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna “Elektron Təhsil” adlı layihəni təqdim etmiş və 3-cü qrant müsabiqəsinin qaliblərindən olmuşdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12758″ id=”12758″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]