[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/02/unnamed-2.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fərdi şəxas Nəsirov Bəhruzun Saatlı şəhərində həyata keçirdiyi “Gənclər arasında idmana marağın artırılması” layihəsi yekunlaşmışdır. Layihənin məqsədi gənclər arasında idmanın təbliği, sağlamlığın qorunması və asudə vaxtının səmərəli keçirməsinə kömək olmaqdır. Festival zamanı gənclərə maarifləndirici bukletler paylanılmışdır. Festivalda maarifləndirmə işlərinin geniş miqyasda aparılması gənclərin gələcəkdə idmana marağının artmasına və digər gənclərin də marağına səbəb olacaqdır.
Əsas diqqət gənclərə idman haqqında düzgün informasiyanın verilməsinə nail olmaq və dolğun informasiya bazası yaratmaqdır. Festival zamanı idmanın əhəmiyyəti və yaranma tarixi haqqında gənclərə geniş informasiya verilmişdir.
Festival idmanın voleybol növü üzrə keçirilmişdir. Festivalda 100 nəfərə yaxın gənc iştirak etmiş və idman haqqında gənclərə maarifləndirici bukletlər paylanılmışdır.