[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed28.jpg” ]
28 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra edilən “Uğurlu Gələcək Naminə” layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərində keçirilməsi nəzərdə tutulmuş erkən nigah və insan alveri barədə təlimlər silsiləsinin yekunu ilə əlaqədar KİV və digər ictimayyət nümayəndələri üçün yekun hesabat kofransı keçirilmişdir.
İctimi birliyin sədri Rüfət Cavadzadənin verdiyi məlumata əsasən 3 ay müddətində icra edilmiş layihə müddətində Bakı və Sumqayıt şəhərlərini əhatə edən 2 günlük təlim kursları keçirilmiş, təhsil müəssisələrində şagirdlər, pedaqoji kollektivlərlə təlim və görüşlər keçirilmişdir. Təlimlərdə sözügedən problemlərin psixoloji, hüquqi və digər tərəfləri gənclərə aşılanıb. Təlimlərdə Ülviyyə Rəhimova, gənclərin psixoloji hazırlığında Mətanət Mahmudova, Günel Tağızadə, Nisə Rəhimova və hüquq mərkəzində hüquqi məsləhətin verilməsində hüquqşünas Elnur Misgərlinin böyük rolu olmuşdur.
Keçirilən təlim kurslarında əsas məqsəd insan alveri və erkən nigahlarla mübarizədə gənclərin sosial fəallığının artırılmasına nail olmaq və cəmiyyət daxili maarifləndirmə işinin təşkilində birbaşa gənclərin iştirakını təmin etməkdən ibarət olmuşdur. Təlimlərdə 65 nəfərə yaxın gənc iştirak etmiş və onlara erkən nigah və insan alverinin hüquqi, tibbi və psixoloji tərəfləri barədə məlumat verilmiş, qeyd olunan problemlərlə cəmiyyət daxili mübarizə, maarifləndirmə işinin təşkili üsulları öyrədilmişdir. Təlimlərdə fokus-qruplar təşkil olunub ki, bu da verilən biliklərin mənimsənilməsi üçün böyük köməklik göstərib.
Layihə çərçivəsində birliyin hüquq mərkəzində fəaliyyət göstərən hüquq məsləhət mərkəzinə erkən nigah və insan alveri ilə bağlı hüquqi məsləhətin alınması üçün poçt ünvanları vasitəsi ilə 60-a yaxın müaricət daxil olmuş və müraciətlər aidiyyəti üzrə cavablandırılmışdır. Müraciətlər əsasən əmək miqrasiyası, təhsil miqrasiyası, xaricdə nigaha daxil olmaq niyyətində olan şəxslər və eyni zamanda əmək hüquqları ilə bağlı olmuşdur.