[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-69.jpg” ]
“Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sahibkarların hüquqlarının qorunması mexanizmləri” adlə layihəyə yekun vurub. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə birliyin sədri Elçin Manafov qonaqları salamlayaraq layihə haqqında ətraflı məlumat verib. O bildirib ki, tədbirin keçirilməsi heç də təsadüf deyil. 50 tələbəyə sertifikat verilməsi və layihədə 2 nəfərin fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilməsi və mükafatlandırılanların sayının 52-yə çatması məhz ölkə başçısı Cənab Prezidentin 52 illiyi ilə bağlıdır.
O, ictimai birlik adından ölkə başçısını təbrik edib, ən xoş diləklərini çatdırıb. Tədbirdə çıxış edən Millət Vəkili Zahid Oruc da layihənin önəmini bir daha vurğulayaraq bildirib ki, ölkədə gənclər siyasəti çox uğurla davam edir.
Daha sonra tədbirdə digər qonaqlar çıxış etmişlər. Sonda tədbir iştirakçılarına sertifikatlar verilmiş və xatirə şəkilləri çəkdirilmişdir.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12366″ id=”12366″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]