[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-224.jpg” ]
“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sən də QİÇS-ə yox de” layihəsini uğurla başa çatdırmışdır. Layihənin əsas məqsədi gənclər arasında QİÇS-ə qarşı maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə gənclərin diqqətinin artırılmasıdır.
Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, “Sən də QİÇS-ə yox de” layihəsi Xaçmaz rayonunda 3 ay müddətində davam etmişdir. Layihədə benefisiar kimi 9-11-ci sinif şagirdləri, rayonda yerləşən peşə liseyləri və digər ictimai təşkilatların üzvləri olan gənclər, ictimai-siyasi həyatda aktivlik göstərən gənclər və layihəyə marağı olan gənclər iştirak etmişlər. Bu müddət ərzində Xaçmaz rayonunda gənclər arasında informasiya kampaniyası-sağlam həyat tərzi ilə bağlı təlimlər keçirilmişdir.
Layihə çərçivəsində layihəyə cəlb olunanlar QİÇS problemi, narkomaniya bəlasının acı nəticələri haqqında məlumat almışlar. Müasir tibb nailiyyətləri ilə yanaşı, milli-mənəvi dəyərlərimizin, tarixi ənənələrimizin yaxşı cəhətlərindən bəhrələnərək QİÇS-ə, eləcə də narkomaniyaya qarşı müqavimət göstərməyin mümkünlüyünü öyrənmişlər.
Təlimlərdə QİÇS-in yayılması yolları və ondan qorunma üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında məlumatlar verilmiş və şəhərin müxtəlif yerlərində məlumat bukletləri paylanılmışdır.
Təşkilat tərəfindən layihənin gələcəkdə də digər regionlarda həyata keçirilməsi və davamlılığının təmin edilməsi nəzərdə tutulmuşdur.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”12333″ id=”12333″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]