[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-86.jpg” ]
14 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Könüllülük Fəaliyyətinin Təbliği” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Gələcəyə Yol Göstər” layihəsi çərçivəsində “Özünə İnam”, “Hədəf seçmək”, “Vaxtın effektli idarə olunması”, “Bəhanələrə Son” və.s. başlıqlı mövzularda treninq keçirilmişdir. Treninqdə Yasamal rayonu 308 saylı və 52 saylı orta məktəblərinin 9-11-ci sinif şagirdləri, müəllim kollektivi və Yasamal rayonu Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak etmişlər.
Treninqdə fərdi inkişaf üzrə təlimçi İsmayıl Vəliyev çıxış edərək “Beyin gücü”, “Şəxsiyyət sahibi olmağın əhəmiyyəti”, “Dostları düzgün seçmək”, “Öz potensialını kəşf et” kimi mövzulara toxunmuşdur.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılmış və treninq iştirakçılarına tədbirlə bağlı müxtəlif bukletlər və İsmayıl Vəliyevin layihə çərçivəsində nəşr olunmuş “Özünü kəşf et” adlı kitabı paylanmışdır.