[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed17.jpg” ]
21 dekabr 2013-cü il tarixində Bakıda keçirilən “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə WORKSHOP layihəsi çərçivəsində “Akkulturasiya: bilik menecmenti sisteminin qurulmasına aparan yol kimi” kitabının təqdimatı baş tutub. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilən “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə Workshop tədbiri çərçivəsində həyata keçirilmiş “Biliklər cəmiyyətinin formalaşmasında gənclər siyasətinin və gənclərin rolu” mövzusunda Fokus-qrup araşdırmasının nəticələrinə həsr olunmuşdur.
Kitabın rəyçisi “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti professor Fuad Məmmədov, ön sözün müəllifi isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevdir.
Kitabda “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə WORKSHOP layihəsi çərçivəsində aparılmış araşdırma işləri də əks olunmuşdur. Belə ki, kitabda “Akkulturasiya və bilik menecmenti: qarşılıqlı asılılıq yanaşması” araşdırmasının, layihə iştirakçılarının “İntellektual kapital” mövzusuna həsr olunmuş məqalələri və Azərbaycanda ilk dəfə həyata keçirilmiş pilot layihələr-“Biliklər cəmiyyəti və biliyə əsaslanan iqtisadiyyat” mövzusunda “Online strukturlaşdırılmış intervyu” araşdırması, “Fokus qrupların həyata keçirilməsi, nəticələrin analizi və təqdimatı” üzrə master klass, “Gələcəyin ssenariləri: gələcəyin durumu indeksinin hazırlanması və performans idarəetməsi” tədqiqatı dərc olunmuşdur.
Qeyd edək ki, kitabda, həmçinin, multikulturalizm, bikulturalizm, bilik menecmenti, korporativ mədəniyyət, xidmət sahəsinin inkişafı məsələlərinin gənc alim və mütəxəssislər tərəfindən araşdırılması məqsədilə təkliflər paketi də təqdim olunmuşdur.