[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed10.jpg” ]
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu resurs mərkəzi” adlı layihəsinə start verib.
Layihənin əsas məqsədi ordudan tərxis olunmuş gənclərin mülki həyata adaptasiyasına dəstək olmaqla gənclərin məşğulluq problemlərinin həll edilməsi üçün internetin və yeni media alətlərinin rolunu araşdırmaqdan, eləcə də, bu sahədə kifayət qədər təcrübəli olan ekspertlərin iştirakı ilə tərxis olunmuş gənclərə təlimlərin keçirilməsindən ibarətdir. Layihə çərçivəsində ekspertlər və təlimçilər dəvət olunub. Mingəçevir şəhərində ordu sıralarından tərxis olunmuş 70 nəfər gənc müsahibə yolu ilə seçilərək 5 günlük təlimlərə cəlb olunub.
Təlimlərin sonunda isə ordudan tərxis olunmuş gənclərin məşğulluq problemlərinin həll edilməsi üçün dövlət qurumları və bu sahədə kifayət qədər təcrübəli olan ekspertlərin iştirakı ilə dəyirmi masa keçiriləcəkdir.