[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2014/01/unnamed-13.jpg” ]
Qubada fərdi təşəbbüs əsasında “Quba kitab klubun”un yaradılması layihəsinin icrası uğurlu nəticələr verməkdədir. Layihə rəhbəri Vüsal Sultanovun verdiyi məlumata görə layihənin məqsədi region gənclərinin ədəbiyyata, kitab oxumağa marağını artırmaq, eyni zamanda onların kitablara çıxış imkanlarını sadələşdirməkdir.
Layihə çərçivəsində artıq kitab klubuna müxtəlif adda yerli və xarici müəlliflərin məşhur əsərləri gətirilib. Gənclərin sorğuları əsasında Cek Londonun “Həyat eşqi”, Xalid Hüseyninin “Çərpələng uçuran”, Den Braunun “Da Vinçi Kodu” və Joze Saramagonun “İsanın incili” kitablarının müzakirələri təşkil olunub. Quba rayonunun Alekseyevka, Vladimirovka, Təngəaltı, Səbətlər, Yeni Günəşli kənd bölgələrində Quba kitab Klubunun kitabxanasının kitab sərgiləri təşkil edilib. Sərgilər zamanı 30-dan artıq kitab oxucular tərəfindən qiraət üçün müəyyən müəyyən edilmiş oxu müddətinə götürülüb. Gənclər tərəfindən oxunmaq üçün alınan kitablar arasında Varisin, Elxan Elatlının, Çingiz Abdulayevin, Cəlil Cavanşirin, Orxan Pamukun, Çingiz Aytmatovun, Den Barunun, Xalid Hüseyninin müəllifi olduğu əsərlər üstünlük təşkil edib.
Layihənin işinin uğurlu alınması üçün Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İB, eləcə də Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Quba rayon Gənclər və İdman İdarəsi ilə əməkdaşlıq edilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən layihə artıq yekunlaşmaq üzrədir. Layihə müəllifinin sözlərinə görə maraqla qarşılanan layihə icra müddəti başa çatdıqdan sonra da oxucular üçün kitabxana şəklində davam etdiriləcək.
[postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11933″ id=”11933″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]