[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/16-1.jpeg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeya qazandı” adlı tele-müsabiqə keçiriləcək. Layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Youth INC proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.
“İdeya qazandı” televiziya yarışmasında 5 investor gənclərin ideyalarına sərmaye yatırmaq üçün seçim edir və bu ideyalarını həyata keçirtməyə vəsait ayırır. İnvestorlar Paşa Bank, Garant Holdinq kimi nüfuzlu şirkətlər və təcrübəli sahibkarlardır.
Məqsədimiz istedadlı gənclərə, tələbələrə, xırda sahibkarlığa baş vurmuş gənclərə öz ideya və ya bizneslərini reallaşdırmaq üçün şərait yaratmaq, eyni zamanda investorlara istedadlı gəncləri tanıtdırmaq və yerli televiziyada biznes üslubunda veriliş yayımlamaqla tamaşaçılar arasında potensial gəncləri biznesin qaydaları ilə tanış etməkdir.
Verilişdə 16-35 yaş arası gənclər iştirak edə bilər. İştirak etmək istəyən gənclər yalnız elektron ünvanları vasitəsi ilə ideyaqazandi.az və atgdc.org saytlarından ərizə formasını doldurub iştiraklarını təsdiq edə bilərlər. Ərizələrin son qəbul tarixi 30 noyabr 2013-cü il tarixidir. Ərizə forması tam və düzgün doldurulduğu halda gənc verilişə dəvət olunur və investorlara ideyasını təqdim edib qarşılıqsız yatırım almaq imkanını qazanır. Qalib gələn gənclər pul vəsaitindən savayı, onlara dəstək göstərmiş şirkət və ya sahibkar ilə mütəmadi olaraq əlaqə qurub onların geniş təcrübələrindən bəhrələnmək imkanını əldə edəcəklər. Verilişin televiziyada yayımı 15 yanvar 2014-cü il tarixindən sonra keçiriləcək.