[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/telim.jpg” ]
21-23 noyabr 2013-cü il tarixində Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin təşkilatçılığı ilə “Orta Məktəblərdə İnsan Hüquqlarının Tədrisi” layihəsi çərçivəsində Yevlax şəhərində insan hüquqlarının tədrisi üzrə təlimçilər üçün təlim keçirilib. Təlimi giriş sözü ilə açan layihənin koordinatoru Murad Yəhyayev layihə haqqında, təlimçi İsmayıl Kərimov isə təlimin mahiyyəti haqqında iştirakçılara məlumat verib. Təlimdə insan hüquqları üzrə təlimçi olmaq istəyən gənc müəllimlərə 3 günlük təlim keçirilmişdir.
Təlimdə insan hüquqları anlayışı, insan hüquqlarının məhdudlaşdırılması, hüquq münasibətlərində konfliktlərin pozitiv həlli, diskriminasiya, stereotip, rasizm anlayışları, uşaq hüquqları, gender bərabərliyi, insan hüquqlarının tədrisində təlimçilik bacarıqları mövzularında iştirakçılara interaktiv təlim metodu ilə biliklər aşılanıb. Təlimin sonunda iştirakçılarla birgə orta məktəblərdə insan hüquqlarının tədrisi ilə bağlı hədəf qrupun seçilməsi, insan hüquqlarının tədrisində məqsəd və vəzifələr, insan hüquqlarının tədrisində prioritet mövzular, təlim metodologiyaları və alətlərin istifadəsi ilə bağlı müzakirələr aparılıb. Təlimdə iştirakçılar insan hüquqlarının tədrisində gənclərə insan hüquqlarının bir mədəniyyət kimi aşılanmasının, gənclərin müxtəlifliyinin qiymətləndirməsinin və onların fəal vətəndaş kimi yetişdirilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11379″ id=”11379″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]