[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/DSCF1092.jpg” ]
Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti respublikanın biz çox ali və orta təhsil ocaqlarında “Biz Azərbaycanlıyıq”adlı bilik müsabiqəsi keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə DAGBHC tərəfindən keçirilən “Biz Azərbaycanlıyıq” respublika bilik müsabiqəsinin ilk tədbiri Bakı İdarəetmə və Texnologiya Kollecində baş tutub. Öncə, DAGBHC-nin fəaliyyəti və Azərbaycan Republikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçiriləcək tədbir barədə müsabiqə iştirakçılarına qısa məlumat verilib. Daha sonra yarışma içtirakçılarına bilik müsabiqəsi ilə bağlı test sualları paylanılıb. Müsabiqə 4 turdan ibarət olmuşdur. 5 saat davam edən yarışmanın birincisi Muxtarova Məsmə, 2-ci yerin qalibi Yusifzadə Günel, 3-cü yerin qalibi isə Salehov İlqar olmuşdur. Bilik yarışmasının qaliblərinə DAGBHC fəxri fərmanı və qiymətli hədiyyələr də təqdim edilmişdir .
Tələbələr arasında növbəti bilik yarışması Bakı Humanitar Kollecində baş tutub. Burada da eyni qaydada tədbir iştirakçılarına test sualları oxunub. 4 saat ərzində keçən bilik yarışmasının qalibləri Əmirova Nurlanə, Eyvazlı Bahar, Məmmədova Səbuhə olublar.
Növbəti bilik müsabiqəsi Azərbaycan İctimai-Siyasi Universitetində keçirilib. Tələbələr arasında 1-ci yer Orucova Aysel, 2-ci yerin qalibi Rəhimova Həyat, 3-cü yerin qalibi isə Nəsirov Nail olmuşdur. Daha sonra növbəti tədbir Şəki Müəllimlər İnstitutunda baş tutub. Buradakı yarışmada isə bilik qalibləri Səmədova Aysel, Əzimli Aytac və Həsənli Mətanət olmuşlar. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən tədbirdə Həsənov Eşqin, Atayev Tural, Bağırova Surə yarışmanın qalibləri olublar.
Bilik yarışmalarının sonunda bütün qaliblərinə DAGBHC fəxri fərmanı və qiymətli hədiyyələri də təqdim olunub. Növbəti tədbirlər Lənkəran və Gəncə Dövlət Universitetlərində keçiriləcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”11122″ id=”11122″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]