[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/1466238_574595132593648_1516969896_n.jpg” ]
“Təbiət Dostları” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə 8-11 noyabr 2013-cü il tarixlərində “Gənc dağçılar düşərgəsi” adlı layihə çərçivəsində qış düşərgəsi həyata keçirmişdir. Layihə 4 ay müddətində davam edəcək. Layihə gənc dağçılar üçün düşərgənin təşkili, gənc dağçılar adlı təlim-məşq yürüşü və gənc dağçılar adlı foto-sərginin təşkilindən ibarət olacaq.
Gənc dağçılar üçün həyata keçirilən düşərgə 35 nəfərdən ibarət olub və 4 gün ərzində Gədəbəy rayonunda həyata keçirilib. Düşərgənin keçirilməsində əsas məqsəd gənclər arasında dağçılığın inkişafı və bu sahədə nəzəri və praktiki biliklərin artırlmasından ibarətdir.
Düşərgə zamanı keçirilən təlim mövzuları:
• Dağçılıq, dağçılıq düşərgələrinin salınması və idarə edilməsi;
• İlk tibbi yardım;
• Dağçılıqda psixoloji möhkəmlik;
• Qərb bölgəsi və onun fiziki-coğrafi şəraiti;
• Təlim-məşq yürüşü.
Düşərgədə 18-35 yaş arası, dağçılıq sahəsində təcrübəsi və ya bu sahədə fəaliyyətə davam etmək marağı olan gənclər iştirak ediblər.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10970″ id=”10970″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]