[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/KURS.jpg” ]
“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin peşə bacarıqlarına yiyələnməsinə kömək” adlı layihənin icrasına start verib. Layihənin məqsədi Mərkəzi Aran rayonu-Saatlı şəhərində aztəminatlı ailələrdən olan gənclər üçün ödənişsiz kompüter kurslarının təşkil edilməsi ilə onların bu sahədə biliklərə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdan ibarətdir.
Layihənin icrası zamanı Saatlı şəhərində aztəminatlı ailələrindən olan gənclər faydalanacaq və kompüter biliklərinə yiyələnəcəklər. 3 ay müddətində davam edən layihədə 100-120 nəfər gəncin faydalanması nəzərdə tutulub.
Aparılan işlər gənclərin kompüter texnologiyalarından istifadə imkanlarının artırılmasına, aztəminatlı ailələrdən olan gənclərə kompüter biliklərinin verilməsi ilə onlar arasında işsizliyin azaldılmasına və məşğulluğun artırılmasına xidmət edəcək.
Sonda kursu uğurla bitirən iştirakçıla təşkilat tərəfindən sertifikatlar təqdim ediləcək.