[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/1456687_1420943231455829_828726294_n.jpg” ]
Gəncə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən bacarıram” adlı layihənin icrası baş tutmuşdur. Ramada Plaza otelində 5 noyabr 2013-cü il tarixində baş tutan layihənin əsas məqsədi qabiliyyətli gənclərin fəaliyyətlərinə dəstək olmaqla onların aşkarlanaraq ictimaiyyətə təqdim olunması, ictimaiyyətin diqqətini həmin gənclərə yönəltmək, milli sənət nümunələrinə diqqəti artırmaqdan ibarətdir. Gənclərin əl işlərindən ibarət sərgi çərçivəsində çoxsaylı əl işləri, rəsm əsərləri nümayiş olunmuşdur. Sərgidə Gəncə şəhər İcra Hakimiyyəti rəsmisi, Gəncə şəhər YAP Gənclər Təşkilatının sədri, Ali təhsil müəssisələrinin rəhbərliklərindən nümayəndələr, bir sıra Gənclər Təşkilatları rəhbərləri və KİV nümayəndələri iştirak edərək layihə rəhbəri Pərvin Qasımovu uğurlu layihəyə görə təbrik etmişlər. Qonaqlar AzGF-nun növbəti qrant elanında da gəncləri daha fəal olmağa çağırmışlar. Ümumilikdə sərgi uğurla yekunlaşaraq 100-lərlə gənci ətrafına toplamışdır. Layihənin davamı olaraq 2-ci belə sərginin keçirilməsi cari ilin noyabr ayının sonlarına təsadüf edəcək.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10942″ id=”10942″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]