[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_0484.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin İcra Hakimiyyəti Modeli” lahiyəsinin iştirakçılarının Şəki Şəhər İcra Hakimiyyətinə ekskursiyası təşkil olunub. Ekskursiyada onlar İcra Hakimiyyəti binası ilə tanış olub. Həmçinin, İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri, bir sıra idarələrlə tanışlıq olub.
İnformasiya təminatı və təhlil sektoru, İctimai-siyasi və humanitar məsələlər şöbəsi, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, Şəhər təsərrüfatı şöbəsi, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin nümayəndələri fəaliyyətləri haqqında layihə iştirakçılarına məlumat verib. İştirakçılar İcra başçısının müavini, Şəhər təsərrüfatı şöbəsinin müdiri ilə görüşüb və fikir mübadiləsi aparıblar. “Gənclərin İcra Hakimiyyəti Modeli” layihəsinin iştirakçıları Şəki Şəhər Gənclər və İdman İdarəsində də olub və idarənin rəisi Vüqar İskəndərovla görüşüblər. Görüşdə layihə iştirakçıları suallar və təkliflərlə çıxış ediblər.
Onu da qeyd edək ki, layihə çərçivəsində iştirakçılara dövlət qulluğu və ona qəbul qaydaları, layihələrin yazılması və idarə olunması, icraedici orqanların strukturu və iş prinsipi haqqında təlimlər keçirilib.
Layihə iştirakçıları növbəti həftədən ayrı-ayrı idarə və şöbələrlə birlikdə fəaliyyətə başlayacaq və Gənclər İdarəetmə Şurası kimi Şəki Şəhəri üçün müxtəlif sahələri əhatə edəcək təkliflər paketi hazırlayacaqlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10858″ id=”10858″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]