[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/fond-baner-hazir.jpg” ]
1 noyabr 2013-cü il tarixindən etibarən “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Uğurlu Gələcək Naminə” layihəsinin əsas icra mərhələsinə başlamışdır.
Belə ki, layihə Bakı və Sumqayıt şəhərlərində icra olunmaqdadır. Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin hər birində iki günlük təlim kursları keçiriləcəkdir. Təlimlərdə erkən nikah və insan alverinin yaranma səbəbləri, erkən nikah və insan alverinin səbəb olduğu ağır nəticələr tədris ediləcək və bu istiqamətdə mübarizə üsulları müzakirə ediləcəkdir.
Təlim kurslarından əlavə olaraq layihə çərçivəsində müxtəlif təhsil və gənclər müəssisələrində insan alveri və erkən nikahla müabrizəni özündə əks etdirən plakatlar asılacaq, bukletlər paylanılacaq və görüşlər keçiriləcəkdir.
Layihə çərçivəsində 2 ay müddətində “Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyinin hüquq mərkəzinin hüquqşünasları tərəfindən insan alveri və erkən nikahla bağlı onlayn və ya əvvəlcədən təyin edilmiş görüşlərlə ödənişsiz hüquqi məsləhət xidmətləri göstəriləcəkdir.
Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində keçiriləcək təlim kurslarında iştirak etmək istəyənlər CV-lərini [email protected] və ya [email protected] ünvanına göndərə bilərlər.
Layihə çərçivəsində insan alveri və erkən nikahla bağlı hüquqi məsləhət almaq istəyənlər aşağıda qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərlər:
e-mail: [email protected]
Tel: (+99450) 673 98 64
http://www.facebook.com/gmidib