[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_0169.jpg” ]
Təlimdə Şəmkir şəhər Nəriman Nərimanov adına tam orta məktəbin, Morul tam orta məktəbin və Füzuli adına təbiət-humanitar təmayüllü lisey-məktəbin gənc müəllimləri iştirak ediblər. Təlimin əvvəlində müəllimlərə layihə haqqında maarifləndirici bukletlər paylanılıb.
Təlimdə Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski də iştirak edərək bu növ layihələrin dəstəkənməsinin dövlət başçısının gənclərə qayğı və diqqəti kimi dəyərləndirib. Eyni zamanda Azərbaycan Gənclər Fondunun işini yüksək qiymətləndirərək iştirakçılara və layihə rəhbərinə uğurlar arzulayıb. Layihə rəhbəri Sona Əliyeva təlimin məqsəd və vəzifələri haqqında məlumat vermiş və iştirakçılara elektron tədris resursları haqqında hazırlanmış slayd təqdim olunmuşdur. Burada elektron tədris resurslarının təsnifatı, səmərəliliyi, mənfi və müsbət tərəfləri, əhəmiyyəti , məqsədləri haqqında məlumatlar, Azərbaycanın elektron kitabxanaları, elektron tədris resursları haqqında geniş məlumatlar öz əksini tapmışdır. Bundan başqa, bu sahədəki beynəlxalq təcrübələr müzakirə olunaraq rus və ingilis dilində olan tədris saytları bilavasitə müəllimlərə nümayiş olunub. Sosial şəbəkələrdən təhsil sahəsində istifadənin mümkünlüyü və bu sahədəki beynəlxalq təcrübə haqqında da geniş məlumatlar verilib.
Həmçinin, gənc müəllimlərin istəyini nəzərə alaraq onlara e-poçt yaratmaq, web səhifələrdən faylları yükləmək, sosial şəbəkələrdə qeydiyyatdan keçmək əyani olaraq nümayiş etdirilib. Sosial şəbəkələrin təhsil prosesində rolu və əhəmiyyəti, istifadəsi haqqında məlumatlar verilibi.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10735″ id=”10735″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]