[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_9055.jpg” ]
4 noyabr 2013-cü il tarixində Divan Exspress Bakı otelində “BİZnes GƏNClik” adlı layihənin açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində “Successful Strategies” şirkətinin prezidenti Faiq Bağırov, Global Assistant firmasının təsisçisi Vüsal Qurbanov, “Yukor” MMC-nin təsisçisi və direktoru Orxan Əmrahov, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev, “BİZnes GƏNClik” layihəsinin koordinatoru Nihad Allahyarlı, “Dialoq Avrasiya” Təşkilatının Gənclər Qolunun rəhbəri Edil Həsənov, araşdırmaçı ekspert Rəvan Əyyubov və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri iştirak ediblər.
Qonaqlar iştirakçıları salamlayıb, layihə ilə bağlı fikirlərini bölüşərək tədbirin keçirilməsini əhəmiyyətli olduğunu hesab edib və gənclərə uğurlar arzulayıblar. Mərasim qonaqların çıxışı və sualların cavablandırılması ilə davam edib.
Layihənin ilk günü “Successful Strategies” şirkətinin prezidenti Faiq Bağırovun “İnanılmaz məqsədlərə nail olmağın yolları” mövzusunda olan təlimi ilə davam etmişdir. O, öz təcrübələrini layihə iştirakçıları ilə bölüşərək onları maraqlandıran sualları cavablandırıb. Sonda xatirə şəkli çəkilib və layihənin ilk günü başa çatıb.
Ümumilikdə 100 nəfər gənci bir araya gətirən “BİZnes GƏNClik” layihəsi 7 noyabr 2013 –cü il tarixinə qədər davam edib və bu müddət ərzində biznes sahəsi üzrə ixtisaslaşmış ekspertlər tərəfindən iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “BİZnes GƏNClik” layihəsinin keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, tələbə və gənclərin fərdi biznes təşəbbüslərinin dəstəklənməsinə, onların biznesin təşkili və idarə edilməsində bacarıqlarının əldə olunmasına və biznes sahəsində kadr hazırlığına töhfə verməkdən ibarətdir.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10661″ id=”10661″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]