[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_0486.jpg” ]
“Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzi”nin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Gəncliyi-2020” sosioloji sorğusunun icrası uğurla davam edir.
Noyabr ayının 5-də keçirilən tədbirdə qeyd edilmişdir ki, müasir dünyanın yeni çağırışları Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmaqdadır. Bütün bunlarla yanaşı qeyd edilmişdir ki, həyata keçirilən islahatların effektiv idarəedilməsi, innovativ metodların tətbiqi sosioloji sorğular vasitəsi ilə müəyyən edilir və onun nəticəsində analitik təhlil aparılır. Bu metod müasir idarəetmənin prinsiplərindəndir və dövrün tələbi olaraq qalır. Məhz bunun üçün də gənclərin əsas inkişaf məsələlərinə dair qlobal və yerli baxışının formalaşdırılmasına dair tövsiyələr vermək, o cümlədən prioritetlər, ortaya çıxa biləcək çətinlikləri müəyyənləşdirmək, uğurları və gözləntiləri müəyyən etmək, gənclərin bu barədə rəy və düşüncələrini öyrənmək və bunun əsasında səmərəliliyi ən yüksək səviyyəyə qaldırmaq layihənin məqsədlərindəndir. Tədbirdə çıxış edən Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin sədri Yusif Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Sorğu sosial araşdırmlar institutu”nun müdiri dos. Rüfət Quliyev, “Siyasi araşdırmalar institutu”nun müdiri prof. Elman Nəsirov və digərləri icra olunan layihənin əhəmiyyətini, gənclərin prosesdə iştirakının vacibliyini, Gənclər Fondunun belə təşəbbüslərə verdiyi dəstəyin cəmiyyətin gələcəyi üçün faydasını xüsusi ilə qeyd ediblər. Daha sonra gənclər ekspertlər tərəfindən hazırlanmış sosioloji sorğu anketlərində öz fikir və təkliflərini qeyd etmişlər.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10614″ id=”10614″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]