[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/qoym-g-fo.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərçivəsində “Vətənpərvərlik insanların fiziki və mənəvi sağlamlığı, şüurun inkişaf etməsi, idman və bədən tərbiyəsi ilə sıx bağlıdır” mövzusunda elmi-nəzəri praktik konfrans keçirilib.
Konfransda layihənin koordinatoru N.Qaçayev tədbirin mahiyyəti barədə məlumat verib.
Konfransda çıxış edən GVB sədri, fəxri bədən tərbiyəsi və idman işçisi M.Əliyev layihə çərçivəsində orta ümumtəhsil, orta ixtisas və ali təhsil müəssisələrində, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri milli qürur, vətənə məhəbbət və sədaqət, vətənin müdafiəsində fiziki və psixoloji cəhətdən hazırlamağın əhəmiyyətindən danışıb.
Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib. Tədbirin sonunda tədbir iştirakçılarına, idmançılara, qonaqlara və tədbirdə iştirak edən valideynlərə Ulu Öndər Heydər Əliyevin rəsmi əks olunmuş döş nişanı, bukletlər, təsvirli köynək və fəxri diplomlar təqdim edilib.