[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_4194.jpg” ]
7 noyabr tarixində Azərbaycan Yazıçılar Birliyində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İrəli” İctimai Birliyi tərəfindən “Gənc yazarlara dəstək” layihəsi çəçivəsində hazırlanmış “Genocide Almanax” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid deyib ki, kitabın Azərbaycan tarixi və mədəniyyəti üçün böyük əhəmiyyəti var: “Burada gənc qələm sahiblərinin, həmçinin ziyalıların yazıları cəmlənir. Əminəm ki, kitabsevərlər tərəfindən bu, böyük maraqla qarşılanacaq”.
“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev isə vurğulayıb ki, kitabın ərsəyə gəlməsində hər bir kəsin əməyi böyükdür: “Adıçəkilən kitabda əsrimizin əvvəllərindən indiyə qədər xalqımızın başına gətirilmiş faciələrə dair tanınmış ziyalıların, gənc qələm sahiblərinin və tədqiqatçıların yazıları cəmlənib. “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində nəşr olunan “Genocide Almanax” kitabının işıq üzü görməsində Gənclər Fondunun böyük rolu var. Belə bir kitabların, düşünürəm ki, nəşr edilməsi hər bir azərbaycanlı üçün xoş bir töhfədir”.
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev isə bildirib ki, Gənclər Fondu hər zaman bu cür layihələri dəstəkləməyə hazırdır: “Biz istəyirik ki, Azərbaycanımıza töhfə verəcək hər bir layihəni dəstəkləyək. Bu kitabda Azərbaycanın tarixi, mədəniyyəti haqqında önəmli məlumatlar var. Biz tarixən zəngin mədəniyyətə malik bir ölkəyik. İnanıram ki, bu kitab yetərincə oxucu kütləsi toplayacaq”.
Millət vəkili Aqil Abbas vurğulayıb ki, bu gün Azərbaycanda çox fəal bir gənc nəsil formalaşıb: “Əgər bu gün Azərbaycan gənci Azərbaycanın tarixini əks etdirən yazılar yazırsa, dünya ictimaiyyətinə mədəniyyətimizi təbliğ edirsə və müəyyən dərəcədə uğur əldə edirsə bunun özü artıq uğurlu bir inkişafdır”.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov deyib ki, bu gün digər xalqlarda belə bir fikir formalaşıb ki, azərbaycanlılar işğal altında olan torpaqlar üçün darıxmır: “Biz bu gün gənclərin vasitəsilə bu cür kitablar nəşr edən zaman artıq o stereotipləri qırırıq. Təbii ki, bunu layiqincə göstərmək də biz gənclərə həmçinin, hər bir Azərbaycan vətəndaşına düşür. Kitab çox maraqlıdır. İnanıram ki, bu kitab çox nailiyyətlərə nail olacaq”.
“İRƏLİ” Ədəbi Məclisin sədri və layihə rəhbəri Orxan Muxtarlı qeyd edib ki, “Genocide Almanax” kitabında əsrimizin əvvəllərindən indiyə qədər xalqımızın başına gətirilmiş faciələrə dair tanınmış ziyalıların, gənc qələm sahiblərinin və tədqiqatçıların yazıları cəmlənib.
Təqdimat mərasimində Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov, Tarix Elmləri doktoru, professor Solmaz Rüstəmova, «Ədalət» qəzetinin baş redaktoru İradə Tuncay, Bakı Dövlət Universitetinin müəllimi Daşqın Qənbərov, Yazar Günel Anarqızı və Qarabağ üzrə mütəxəssis Əli Hacızadə çıxış edərək kitab barədə fikirlərini bölüşüb və kitabın ərsəyə gəlməsinin böyük töhfə olacağını vurğulayıblar.
Qeyd edək ki, “İrəli” İctimai Birliyi tərəfindən bu günə kimi gənc yazarların fəaliyyətinin dəstəklənməsi istiqamətində 20-dən artıq kitab layihəsi həyata keçirilib.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=” 10551″ id=” 10551″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]