[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/IMG_0720.jpg” ]
Lənkəran şəhərində Azərbaycan Gənclər Fondunun maliyyə, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Kəşf olunan innovativ və kreativ gənclik mövzusunda Natiqlik Məktəbi” layihəsi çərçivəsində ilk təlim-sessiyası uğurla başa çatıb. Təlim sessiyasında Lənkəran şəhərində yaşayan 25 nəfər gənc fəal üçün “Ünsiyyət”, “Natiq-Auditoriyada”, “Natiqlik sənəti” mövzularında effektiv seminarlar təşkil olunmuşdur. Təlim sessiyasının sonunda gənc natiqlər növbəti sessiyalarda çıxış etmək üçün mövzular üzrə seçimlərini edərək mövzuya hazırlaşmaq qaydalarını mənimsəyiblər.
Layihənin rəhbəri Samir Salayevin verdiyi məlumata görə “Kəşf olunan innovativ və kreativ gənclik mövzusunda Natiqlik Məktəbi” layihəsinin məqsədi regionda yaşayan gənclərdə natiqlik bacarıqlarının inkişafı, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasıdır. Layihə çərçivəsində nəzərdə tutulan növbəti 4 sessiyada Natiqlik bacarıqlarına yiyələnmiş gənclərin auditoriya qarşısında çıxışları praktiki olaraq təmin olunacaqdır.