[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/11/DSCF0053.jpg” ]
“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin Vətənpərvərlik tərbiyəsi və onların hərbi xidmətə hazırlığı” layihəsi çərçivəsində 24-25 oktyabr 2013-cü il tarixlərində Ağdamda seminar-treninq keçirilmişdir.
İcra planına uyğun olaraq I təlim Agdam Rayonunun Quzanlı qəsəbəsində 25 nəfər məcburi köçkün gənc fəalın iştirakı ilə keçirilmişdir. 18-29 yaş arası məcburi köçkün gənclərlə yanaşı, təlimdə Ağdam Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları da iştirak edərək layihəyə və təlimə öz fikirlərini bildiriblər.
Təlimdə Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev çıxış edərək layihənin məcburi köçkün gəncləri üçün böyük əhəmiyyətini vurğulayıb. Sonda isə təlimdə iştirak edənlərə “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin sertifikatları təqdim olunub.
Eyni təlim proqramı Ağcabədi və Laçın rayonlarında da davam etdiriləcək.