[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/P1080099.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi İsayev Murad Şəki şəhərində “Elektron hökumət və gənclik” adlı layihə həyata keçirmişdir. Layihənin keçirilməsində əsas məqsəd hökumətin təklif etdiyi elektron xidmətlər,elektron hökumət portalı (www.e-gov.az) və ondan istifadə haqqında gəncləri maarifləndirməkdir. Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov, Şəffaflıq Azərbaycan Təşkilatı, ATƏT-in Qanunun Aliliyi Hüquq Resurs Mərkəzinin layihə koordinatoru Tural Salamov və Şəkinin fəal gəncləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə layihə rəhbəri Murad İsayev açaraq qonaqları salamlamış və layihə haqqında məlumat vermişdir.
Hazırlanan broşuralar iştirakçılara, tədbirdən sonra isə tələbələrə paylanılıb.