[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/Ict-dav1.jpg” ]
“Gələcək Naminə” vətəndaş cəmiyyətinin inkişafına dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İctimai davranış qaydaları-gəncliyimizin qarantıdır! layihəsinin icrasına başlamışdır. Layihənin məqsədi regionlarda vətəndaşlar arasında ictimai davranış qaydalarının təbliği, region gənclərini ətraf-aləmə, cəmiyyətə, insanlığa daha duyarlı və diqqətli olmağa təşviq etmək, gənclərin ictimai davranış qaydalarının təbliği sahəsində fəaliyyətlərini dəstəkləmək və koordinə etmək, region gəncləri ilə paytaxt gəncləri, həmçinin qeyri-hökumət təşkilatları arasında əlaqələndirici rolunu oynamaq, regionda yaşayan və fəaliyyət göstərən xüsusi xidmət orqanlarının əməkdaşları ilə yerli vətəndaşlar arasında ictimai yaxınlığı daha da artırmaqdır.
Layihə Hacıqabul və Mingəçevir rayonlarında icra ediləcək. Hər bir regionda gənclərin ictimai davranış qaydaları haqqında geniş maarifləndirilməsi üçün ictimai görüşlər keçiriləcək. Layihə müddətində gənclərin iştirakı ilə küçələrdə ictimai davranış qaydaları mövzusunda müxtəlif problem situasiyalar qurulacaq və gənclərin həmin situasiyalarda iştirakı təmin olunacaqdır. Gənclər qrupu təşkil olunacaq, bu qrup vasitəsilə ictimai davranış qaydalarının təbliği daha geniş bir coğrafiyaya yayılacaq, həmçinin layihədən dolayı faydalanacaq şəxslərin sayı artacaqdır.
Layihə çərçivəsində maarifləndirici nəşrlər hazırlanacaq. Gənclərin daha çox toplandığı yerlədən biri olan sosial şəbəkələrdə də maarifləndirici aksiyalar həyata keçiriləcək.