[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/SAM_2884.jpg” ]
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C kateqoriyasının “Mədəni dəyərlərin təbliğində gənclərin rolunun artırılması” istiqaməti üzrə “Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran vəzifələr” adlı layihə həyata keçirilir. Layihənin məqsədi mədəni irsimizə ictimai münasibəti araşdırmaq, mədəni irsimizin mühafizəsi və təbliği sahəsində görülən işləri stimullaşdırmaqdan ibarətdir. Layihədən əsasən gənclər və tələbələr faydalanacaqdır.
Layihənin icrası zamanı Bakı ətrafı ərazilərdə mədəni irsimizə ictimai münasibətin araşdırılması məqsədi ilə səfərlər təşkil edilməkdədir.
Gənclərin iştirakı ilə ilk səfər Məhəmmədi kəndinin qərb hissəsinə, Bakı şəhərinin mərkəzindən 27 km, kənd mərkəzindən isə təqribən 2 km məsafədə, Məhəmmədi-Digah şose yolunun sol istiqamətində yerləşən Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna olmuşdur. Səfər zamanı gənclərə ərazidəki yanmalar, yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında süxur yuyulmaları, tektonik qırılmalar, habelə palçıq vulkanlarının püskürməsi-bir sözlə vulkanik-tektonik proseslərin getməsi nəticəsində yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınları və s. haqda zəngin məlumatlar verilmişdir.
Layihə çərçivəsində analoji tədbirlər davam edəcək və bu istiqamətdə müzakirələr təşkil ediləcək. Gənclərin iştirakı ilə növbəti səfər YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğuna olacaq. Layihənin sonunda aparılan işlərin effektivliyini müəyyən etmək üçün qiymətləndirmə aparılacaq və iştirakçıların layihənin əhəmiyyəti ilə bağlı fikirləri öyrəniləcəkdir.