[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/10/SAM_0008.jpg” ]
Bildiyiniz kimi, Azərbaycan Gənclər Fondu ali təhsil müəssisələrində təqdimatlar keçirməyə başlamışdır. Fondun əməkdaşları tərəfindən keçirilən təqdimat mərasimləri davam etməkdədir.
Növbəti təqdimatlar Fondun Aparat rəhbəri Faiq Qürbətov, Strateji Planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov, sektorun əməkdaşları Vüsalə Niftəliyeva və Ramin Cəfərov, Fondun Müşahidə Şurasının üzvü Şahin İsmayılov və Layihələr və regionlarla iş sektorunun əməkdaşı Səid Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Turizm İnsititutunda keçirilmişdir. Tələbələrin böyük marağına səbəb olan təqdimatlarda gənclərin sualları cavablandırılmış, görüşlər diskussiya şəklində davam etmişdir.
Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihə təqdim etmə və digər zəruri məlumatlar təqdim olunur.
Nəzərinizə çatdıraq ki, təqdimatlar hal-hazırda keçirilən 4-cü qrant müsabiqəsində gənclərin və tələbələrin fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədilə keçirilir. 4-cü qrant müsabiqəsinin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 14-29 yaş həddində olan fiziki şəxsləri “C” kateqoriyası üzrə müsabiqədə iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət edir. Müsabiqə haqqında ətraflı məlumat üçün: http://youthfoundation.az/4cuqrantelani/
Gənclər Fondunda fiziki şəxslərin qeydiyyat forması üçün: http://www.youtube.com/watch?v=aj96KK2yok8
Fiziki şəxslərin “C” kateqoriyası üzrə layihə təqdim etmə təlimatı: http://www.youtube.com/watch?v=hKJSRg3V18Q
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”10126″ id=”10126″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]